"Zirə" Rumıniya klubu ilə qarşılaşacaq

15:34 - 24 Yanvar 2018

“Zirə"nin Antalya toplanışında ilk yoxlama oyununu hansı komandaya qarşı keçirəcəyi dəqiqləşib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bakılılar Rumıniyanın yüksək liqa təmsilçisi "Volentaru" ilə qarşılaşacaqlar. Matç yanvarın 27-də keçiriləcək.

 

Qeyd edək ki, "Zirə" ikinci sınaq matçını yanvarın 30-da Rusiyanın I liqa təmsilçisi "Avanqard"la keçirəcək. 

Xəbər xətti