UEFA-dan PSJ-yə şad xəbər

UEFA PSJ ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumu apardığı araşdırmalar nəticəsində Paris təmsilçisinin Neymar və Kilian Mbappenin transferinin maliyyə feyr-pley qaydalarına uyğun olduğu qərarına gəlib. Bu barədə məlumatı Fransa mətbuatı yayıb.

 

Xatırladaq ki, PSJ Neymarın transferi üçün “Barselona”ya 222 milyon avro ödəmişdi. Paris təmsilçisi Kilian Mbappeni isə “Monako”dan 180 milyon avroluq transfer haqqı ilə icarəyə götürmüşdü.

Tarix: 24 Yanvar [18:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio