"Real"a növbəti zərbə: Kubokla vidalaşdı VİDEO

02:35 - 25 Yanvar 2018

İspaniya Kral kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.

 

Sportal.az saytı xəbər verir ki, ilk matçda səfərdə "Leqanes"i 1:0 hesabı ilə məğlub edən "Real", cavab matçında "Santiaqo Bernabeu"da rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Qələbə sayəsində "Leqanes" Kral kubokunun yarımfinalına vəsiqə əldə edib.

 

1/4 finala sabah keçiriləcək "Barselona" - Espanyol" matçı ilə yekun vurulacaq. Tərəflərin ilk matçında "Espanyol" 1:0 hesabı ilə qalib gəlib.

 

Yarımfinalın digər iki iştirakçısı isə "Sevilya" və "Valensiya"dır.

 

"Real" 1 - 2 "Leqanes"

Qollar: Benzema, 47 - Xavyer Erazo, 31, Qabriel, 55

 

 

Xəbər xətti