Moldova millisinin üzvü "Səbail"də

12:46 - 25 Yanvar 2018

"Səbail" heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Slovakiyanın "Jilina" klubundan Yevgeni Kaçuku sıralarına qatıb. Moldovalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, o, "Səbail"də mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

 

24 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Daçiya"dan "Jilina"ya keçib. O, Moldova millisinə 2015-ci ildən dəvət alır.

 

Qeyd edək ki, "Səbail" Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev və Ruslan Əmircanovla da müqavilə bağlayıb.

Xəbər xətti