"Neftçi" ikinci oyunda da uduzdu

14:14 - 25 Yanvar 2018

Antalyada hazırlığını davam etdirən “Neftçi” bu gün Türkiyədəki təlim-məşq prosesi çərçivəsində daha ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi öncə Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib. Rumıniya klubu 52-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapıb. Bu, matçda yeganə qol olub və təmsilçimiz 0:1 hesabıyla yenilib.  

 

"Neftçi"nin 18:00-da Bolqarıstanın "Slaviya” komandası ilə də görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, Tərlan Əhmədovun çalışdırdığı komanda ilk yoxlama görüşündə Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə yenilmişdi.

Xəbər xətti