"Qəbələ" "Rabotniçki"ni belə məğlub etdi VİDEO

15:42 - 25 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 2018-ci ildə 3-cü matçına çıxan “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu, “Qəbələ”nin Antalyada ilk qələbəsidir. Daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə heç-heçə (1:1) edən "qırmızı-qaralar" İsveçrənin “Sürix” klubuna 0:1 hesabı ilə uduzub.


Yoxlama oyunu

24 yanvar

 

“Qəbələ” – “Rabotniçki” - 2:1
Qollar:
Asif Məmmədov, 44, Baqali Dabo, 54 - Serjio, 39
Qloriya məşq meydançaları

 

Xəbər xətti