"Keşlə"nin futbolçuları tennisbol oynadı

17:17 - 25 Yanvar 2018

"Keşlə"nin Türkiyənin Antalya şəhərində qış toplanışı davam edir.

 

Sportal.az xəbər verir ki, səhər məşqində komanda iki hissəyə ayrılaraq tennisbol oynayıb. Hazırlıq planına uyğun olaraq "Keşlə" axşam da məşqə çıxacaq.

 

Xatırladaq ki, sabah komanda toplanış çərçivəsində ilk yoxlama matçını keçirəcək. Rəqib Makodeniyanın "Rabotniçki" klubu olacaq.

Xəbər xətti