"Neftçi"dən bir günə iki məğlubiyyət

20:29 - 25 Yanvar 2018

“Neftçi” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" günün ilk oyununda Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Tərlan Əhmədovun yetirmələri günün ikinci oyununda isə Bolqarıstan "Slaviya"sını sınağa çəkib. "Ağ-qaralar" bu görüşdə də oxşar aqibətlə üzləşiblər.

 

Xatırladaq ki, "Neftçi" Antalyadakı ilk oyununda Rusiyanın "SKA-Xabarovsk" klubuna 1:8 hesabıyla uduzmuşdu.

 

Yoxlama oyunları

25 yanvar

 

12:00 Neftçi (Azərbaycan) - Konkordiya (Rumıniya) 0:1

Neftçi: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov (K), İqnasio Errera, Ednan Muniz, İqor Sikorski

 

Ehtiyat oyunçular: Rəşad Əzizli, Ruslan Abışov, Anton Krivotsyuk, Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov

 

18:00 Neftçi (Azərbaycan) - Slaviya (Bolqarıstan) 0:1

Neftçi: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (k), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namik Ələskərov, Fransisko Qarsia, Mirabdulla Abbasov

 

Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov, İqnasio Errera, İqor Sikorski

Xəbər xətti