"Neftçi" "Slaviya"ya belə uduzdu VİDEO

01:40 - 26 Yanvar 2018

Antalyada hazırlığını davam etdirən “Neftçi” ötən  gün Türkiyədəki təlim-məşq prosesi çərçivəsində daha iki yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi öncə Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib. Rumıniya klubu 52-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapıb. Bu, matçda yeganə qol olub və təmsilçimiz 0:1 hesabıyla yenilib.  

 

"Neftçi" günün ikinci sınaq matçında Bolqarıstanın "Slaviya” komandası ilə də görüşüb. "Ağ-qaralar" bu matçdan da yenilgi ilə ayrılıb - 0:1.

 

Qeyd edək ki, Tərlan Əhmədovun çalışdırdığı komanda ilk yoxlama görüşündə Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə yenilmişdi.

 

"Neftçi"nin "Slaviya"ya 0:1 hesabı ilə uduzduğu matçın icmalını təqdim edirik:

 

Xəbər xətti