Dani Alveşə 3 oyunluq cəza verildi

17:07 - 26 Yanvar 2018

PSJ-nin müdafiəçisi Dani Alveş cəzalandırılıb.
 
Sportal.az xəbər verir ki, Fransa Liqa 1-in 22-ci turu çərçivəsində baş tutmuş “Lion”la səfər oyununun (2:1) 57-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan braziliyalı müdafiəçi, Fransa Futbol Federasiyası (FFF) tərəfindən 3 oyunluq cəza alıb. Məlumatı FFF yayıb.
 
Alveş qırmızı vərəqəyə görə 2, vərəqədən sonra hakimə kəskin etirazına görə isə 1 oyunluq cəzaya layiq bilinib.

Xəbər xətti