İspaniya Kubokunda yarımfinalın püşkü atıldı

17:26 - 26 Yanvar 2018

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkə əsasən, “Barselona” “Valensiya” ilə qarşılaşacaq. “Real Madrid”i mübarizədən kənarlaşdıran “Leqanes” isə “Sevilya”ya rəqib olub.

 

Qeyd edək ki, ilk oyunlar yanvarın 31-də, cavab matçları isə fevralın 7-də keçiriləcək. “Barselona” və “Leqanes” ilk görüşdə meydan sahibi olacaqlar.

 

"Barselona"- "Valensiya"

"Leqanes" - "Sevilya"

Xəbər xətti