"Sabah" "Uğur"a uduzdu

18:55 - 26 Yanvar 2018

Birinci Divizionda mübarizə aparan “Sabah” bu gün qış fasiləsi dönəmində növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu “Əlincə Arena”nın yardımçı meydançasında Region Liqasında mübarizə aparan Sumqayıtın “Uğur” klubu ilə qarşılaşıb. Qarşılaşma “Uğur”un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Sabah”ın heyətində Şahin Baleljaee və Elşad Manafov fərqlənib.

Xəbər xətti