"Qəbələ" günü bir məşqlə yekunlaşdırdı

01:12 - 27 Yanvar 2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 6-cı gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb. Günün yeganə hazırlığı meydança baş tutub.

 

Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.

Xəbər xətti