"Qəbələ" Gürcüstana yollandı

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı  bölümlərini başa vuran Emin İmaməliyevin komandası yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Ötən gün qonşu ölkənin paytaxtına çatan komanda ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib. Komanda növbəti məşqinə bu gün çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. Komanda 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tarix: 27 Yanvar [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio