"Neftçi" "Krılya Sovetov"a qarşı

12:41 - 27 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün hazırlıq çərçivəsində dördüncü yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşacaq.

 

Samara təmsilçisi Rusiya I Divizionunda 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, "Neftçi" bunadək keçirdiyi hər üç  yoxlama matçında uduzub. “Ağ-qaralar” əvvəlcə Rusiya Premyer Liqasının autsayderi "SKA Xabarovsk"a 1:8, sonra isə Rumıniya "Konkordiya"sı və Bolqarıstan "Slaviya"sına 0:1 hesabı ilə uduzub.


27 yanvar

Yoxlama oyunu

 

18:00. "Neftçi" - "Krılya Sovetov"

Xəbər xətti