"Qəbələ" "Arsenal"la üz-üzə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası  Rusiya təmsilçisi “Arsenal”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla  qış fasiləsinə 8-ci pillədə yollanıb.

 

Qeyd edək ki, "Qəbələ" indiyə kimi "Arsenal"la qarşılaşmayıb.

 

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

 

27 yanvar

Yoxlama oyunu

 

18:00. "Qəbələ" - "Arsenal" (Rusiya)

Tarix: 27 Yanvar [14:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio