"Turan Tovuz" "Kəpəz"lə heç-heçə etdi

15:30 - 27 Yanvar 2018

Mövsümün ikinci yarısının hazırlığını doğma şəhərdə davam edən “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi “Kəpəz”in əvəzedicilərindən ibarət komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

 

Məşqçilər korpusu bu matçda əsasən gəncləri və baxışda olan futbolçuları sınaqdan keçirib.

Xəbər xətti