Türkiyədə baş məşqçi istefası

15:47 - 27 Yanvar 2018

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Kasımpaşa"nın çalışdırıcısı Kemal Özdeş tutduğu postdan istefa verib. Təcrübəli mütəxəssis Super Liqanın 19-cu turunda səfərdə "Beşiktaş"a 1:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında istefa verib.

 

Qeyd edək ki, 19 turdan sonra aktivində 22 xal olan "Kasımpaşa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti