"Qəbələ" "Arsenal"la heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası  Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

 

Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.

 

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

 

27 yanvar

Yoxlama oyunu

 

"Qəbələ" - "Arsenal" (Rusiya) - 3:3 
Qollar:
Ozobiç, 17, Stiven Monroz, 32, Vitali Vernidub, 83 - Berxamov, 2, 28, 45


"Qəbələ"nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov

Tarix: 27 Yanvar [19:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio