Roman Qriqorçuk: "Meydanda gördüklərimə çox şadam"

Türkiyənin Antalya şəhərində keçirilən “Qəbələ” – “Arsenal” (Tula, Rusiya) yoxlama oyunundan (3:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb.

 

Sportal.az saytı sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

 

“Bu gün komandadan sadəcə razı deyil, çox razıyam. Çox yaxşı komanda ilə qarşılaşdıq. Oyun quruculuğu, fərdi mübarizələr, müdafiə və hücumdakı əlaqələrin yaxşılaşdırılması baxımından çox yaxşı məşq etdik. Komanda barədə kifayət qədər yaxşı məlumat aldım. Bu gün gördüklərim bütün bildiklərimi təsdiqlədi. Bu görüşdən çox faydalandıq. Sevinirəm ki, hər şey belə oldu. 3 dəfə hesabda tarazlıq yaratmaq da müsbət məqamdır. Təbii ki, yoxlama oyunlarında qalib gəlmək, hesabda öndə olmaq istəyirsən. Amma bu vacib deyil. Mən də meydanda gördüklərimə çox şadam. Belə matçlarda emosiyalar çempionatdakı kimi olmur. Bu oyunlara yanaşma da fərqlidir. Futbolçulara demişəm ki, məşq xarakterli görüşlərdə olan lazımsız mübarizəyə getməmək də mümkündür. Bunu onlara irad da bildirmərəm. Komandalar fərqli hazırlıq keçir. Mən isə yetirmələrimin düzgün məşq etməsini istəyirəm. Bugünkü matçı nəzərdə tutmuram. Rəqibimiz sanballı və ciddi komanda idi. Amma elə rəqiblər olur ki, follara üstünlük verir, formadan dartır. Belələrinin necə məşq etdiyi də anlaşılmır. Rəsmi matçda bunu edən futbolçu sarı vərəqə alacaq. Biz isə oyunlarda olduğu kimi məşq etməyə çalışırıq. Bu üzdən də rəsmi matçlarla müqayisədə daha sakit idik”.

Tarix: 28 Yanvar [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio