"Qarabağ" Antalyada növbəti məşqini keçirdi

01:00 - 28 Yanvar 2018

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi günü tək məşqlə başa vurub. Yerli saatla 10:30-da başlayan hazırlıq iki mərhələdən ibarət olub. İlk olaraq fitness zalında çalışmalara başlayan futbolçular məşqi toplu çalışmalarla başa vurub.

 

Qeyd edək ki, “Qarabağ”ın milli komandaya dəvət alan 11 futbolçusu bu gün yığmanın düşərgəsinə yollanıb. Bunlar Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Elvin Yunuszadə, Coşqun Diniyev, Abbas Hüseynov, Şahrudin Məhəmmədəliyev və Riçard Almeydadı.

Xəbər xətti