Ayxan Abbasovdan malili futbolçuyla bağlı AÇIQLAMA

02:29 - 28 Yanvar 2018

Rumıniya təmsilçisi “Volnutari”ni 2:0 hesabı ilə məğlub. Sözügedən matçda baxışa çağırılan malili yarımmüdafiəçi İbrahimi Tandia da meydanda olub.

 

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bağlı Sportal.az saytına açıqlama verib. Gənc mütəxəssis bildirib ki, Tandia tam hazır deyil:

 

“Növbəti yoxlama matçında da 45 dəqiqə baxacağıq. Bu gün onu yormadıq. Pis oyunçu deyil. Malinin 20 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib”.

 

Tandia son olaraq, Fransanın II Liqasında “Tur”un formasın geyinib.

Xəbər xətti