"Sumqayıt" Makedoniya klubuna qarşı

12:34 - 28 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

 

Yoxlama oyunu

28 yanvar

 

16:00 Sumqayıt (Azərbaycan) - Akademiya Pandev (Makedoniya)

Xəbər xətti