"Sumqayıt" Makedoniya klubu ilə heç-heçə etdi

17:58 - 28 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

 

Yoxlama oyunu

28 yanvar

 

"Sumqayıt" - "Akademiya Pandev" 1:1

Qol: Vurğun Hüseynov, 30.

 

Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.

 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.

Xəbər xətti