Samir Abasov: "Klublarımız heç kimlə yolları ayırmır ki, biz də yaxasından yapışaq" MÜSAHİBƏ

18:24 - 28 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün yoxlama görüşündə Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.
 
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra Sportal.az saytına müsahibə verib.
 
- Oyun haqda fikirləriniz...
- Yoldaşlıq oyunları haqda əvvəl nə demişiksə, indi də eyni fikirlər. Qıraqda səsimizi çıxarmadıq və fikir verdik ki, görək, uşaqlar məşqdə verilən tapşırıqlar edə bilirlər? İlk hissə həddən artıq ağır göründülər. Fasilədən sonra isə oyunçular açılışdılar. Futbolçularıma da dedim ki, bizi belə oyunlar çempionatda da gözləyir. Bilmirəm, nə dərəcə doğrudur bunu mətbuata açıqlamağım, amma biz qapalı rəqiblərə qarşı oynamaqda çətinlik çəkirik. Bunun üzərində çox işləməliyik. Toplanış normal gedir. İki oyun geridə qalib. İki oyunumuz qalıb. Daha güclü komandalarla oyun bizi gözləyir.
 
- Hücumların tamamlanmasında problem var?
- Amil Yunanov hardasa bizi tam qane etmir. Amma o uşağı da başa düşürəm. Futbolçular millilərə getdi. Balans yaratmağa çalışırdıq, amma futbolçuların milli düşərgəsində olması, gücü eyni futbolçulara saldı. Bu səbəbən də Amildə yorğunluq var. Hücumlarda bir az problem var.
 
- Yeni transfer olacaq?
- Belə bir transfer olmayacaq. Əfsuslar olsun ki, klublarımız heç kimlə yolları ayırmır ki, biz də yaxasından yapışaq. Transfer gözlənilmir.
 
- Premyer Liqadakı rəqiblərinizlə maraqlanırsız?
- Mətbuatdan izləyirəm. Kağız üzərində transfer məsələsində hamı bizə qalib gəlir. Ancaq əsas söz meydanda deyilir. “Zirə”nin matçına baxmışdıq. Digər matçlardan da məlumat toplayırıq. Rəqiblərimizlə maraqlanırıq.
 
- Çempionatda əsas rəqibini “Neftçi”dir. Paytaxt klubunda ab-hava yaxşı deyil, bütün yoxlama görüşlərini uduzublar. Buna münasibətini necədir?
- Bizim üçün önəmli deyil. Bizim üçün ən qorxulu “Kəpəz” və “Keşlə” ola bilər. Çünki bu rəqiblərdən məlumatımız daha azdır. Həm də başqa klubun düşərgəsində yaşanan neqativ hallar bizə nə təsir edə bilər?
 
- “Sumqayıt”dan yığmaya Cavid İmamverdiyevlə Bəhlul Mustafazadə dəvət aldılar. Lakin Amil Yunanov və Bəxtiyar Həsənalızadənin milliyə dəvət almaması geniş müzakirə mövzusu oldu…
- Dəvət etməməmklə düz edirlər. İnşallah, layiq olanda, vaxtları çatanda əsas milliyə gedəcəklər.
 
- Amil Yunanovda çatışmayan cəhət nədir?
- Bu gün sizin gördüyünüz. Çatmayan cəhətləri var. Ancaq məni sevindirən odur ki, dayanmaq bilmir. Öz üzərində çox çalışır. Bu gedişlə millinin qapıları onun üzünə açıq olacaq.

Xəbər xətti