Arif Əsədov: "Həmin mövqeyləri gücləndirsək, komanda çempionata hazır olacaq" VİDEO

11:05 - 29 Yanvar 2018

I Divizion təmsilçisi “Sabah”ın baş məşqçisi Arif Əsədov “Şüvəlan”a qarşı keçirdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis həm 1:1 hesabıyla başa çatan görüşdən, həm də bütövlükdən qış təlim-məşq toplanışından danışıb:

 

"Bu hazırlıq dönəmimizin ikinci mərhələsində son oyunumuz idi. "Şüvəlan" çempionatda əsas rəqiblərimizdən biridir. Bu komandayla oyunu ən sona ona görə saldıq ki, vəziyyətimizin necə olduğunu müəyyən edə bilək. Maraqlı oyun alındı, razı qaldım. Tam olmasa da, 70-80 faiz məni qane etdi. İlk hissədə nümayiş etdirdiyimiz oyun ürəyimcə oldu. Futbolçularım tapşırıqları yerinə yetirdilər. Ümumi hazırlıqdan da razı qaldım. Bu mərhələdə 3 oyun saldıq. Yorğunluq fonunda keçirdiyimiz görüşlərdən istədiyimi ala bildim. "Uğur"la matçda isə baxışda olan futbolçulara şans verdik, lakin istədiyimizi ala bilmədik. 2 günlük istirahətdən sonra ayın 31-dən çempionata hazırlıq üçün hazırlıqlara başlayacağıq. Demək olar ki, heyəti 80 faiz formalaşdırmışıq. Bir-iki mövqeyə də futbolçuların gəlməyini gözləyirik. Həmin mövqeyləri gücləndirsək, komanda çempionata hazır olacaq".

 

Xəbər xətti