"Səbail" "Lokomotiv"lə üz-üzə

13:22 - 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası  Bolqarıstanın “Lokomotiv” klubu ilə qüvvəsini sınayacaq. Yüksək liqada çıxış edən Plovdiv təmsilçisi hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədir.

 

Qeyd edək ki, “Səbail” buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirib. Premyer Liqanın debütantı “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.

 

29 yanvar

Yoxlama görüşü

 

18:00. “Səbail” (Azərbaycan) – “Lokomotiv” (Plovdiv, Bolqarıstan)

Xəbər xətti