"Zirə" Rusiya klubuyla qarşılaşacaq

14:59 - 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Zirə” sabah növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qartallar" Rusiyanın “Avanqard” (Kursk) klubu ilə qarşılaşacaq. Matç saat 16:00-da Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda oynanılacaq.

 

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi ilk sınaq matçında Rumıniyanın “Volentaru” klubuna 2:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti