"Qarabağ"dan açıqlama: Oyun canlı yayımda

15:07 - 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo” ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşü "Qarabağ"ın "YouTube" kanalı canlı yayımlayacaq. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Kuban"la 2:2,  "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3 hesabı ilə uduzub. 

 

29 yanvar

Yoxlama oyunu

18:30 "Qarabağ" - "Sarayevo"

Xəbər xətti