"Səbail" yeni transferini rəsmən açıqladı

16:11 - 29 Yanvar 2018

“Səbail” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi Yegeniy Koçuk mövsümün sonuna kimi paytaxt təmsilçisində çıxış edəcək. 24 yaşlı futbolçu Slovakiyanın “Jilina” klubundan icarə əsasında “Səbail”ə keçib.

 

Qeyd edək ki, Koçuk 2015-ci ildən Moldova yığmasına dəvət alır.

Xəbər xətti