Sezar Meza Kolli Premyer Liqamıza dönür

22:30 - 29 Yanvar 2018

"İnter"in sabiq futbolçusu Sezar Meza Kolli karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi "Keşlə" ilə anlaşıb. Son olaraq "Zirə"də oynayan futbolçunun yaxın günlərdə qəsəbə klubu ilə müqavilə imzalayacaq.

 

Futbolçu "Keşlə"nin Antalyada olan təlim-məşq toplanışına qoşulub.

 

Azad agent statusu daşıyan Meza Kolli 3 il (2013-2016) Bakı "İnter"inin şərəfini qoruyub. (Korner.az)

Xəbər xətti