Riçard Almeyda Super Liqa klubunun hədəfində

10:45 - 30 Yanvar 2018

Türkiyə Super Liqasında mübarizə aparan "Bursaspor" klubu yarımmüdafiə xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, mərkəz xətti gücləndirmək üçün iki namizədi var. Bunlar "Feyenoord"dan Kərim El Ahmadı və "Qarabağ"dan Riçard Almeydadır. Transfer dönəminin bağlanmasına az qalmış Bursa təmsilçisi hər iki futbolçuyla görüşüb.

 

Türkiyə mətbuatı Almeydanın transfer qiymətini 1 milyon 750 min avro olduğunu qeyd edib.

 

Qeyd edək ki, millimizin də üzvü olan 28 yaşlı braziliyalı 2012-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər xətti