Azərbaycan - Moldova matçının hakimləri açıqlandı

Azərbaycan və Moldova milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

 

Sportal.az saytı xəbər verir ki, qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona Bahattin Duran və Tarık Onqun köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.

 

Türkiyənin Antalya şəhərindəki "Mardan” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Tarix: 30 Yanvar [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2018
18  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio