Məqsəd İsayev: "Burada çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik" MÜSAHİBƏ

15:17 - 30 Yanvar 2018

Paytaxtın "Keşlə" klubu Antalyada hazırlıqlarını davam etdirir.

 

Sportal.az qəsəbə təmsilçilərinin yeni transferi Məqsəd İsayevin Newsport.az saytına müsahibəsini təqdim edir:

 

- Komandanın hazırlıq prosesi necə gedir? Səni qane edirmi?

- Hər şey çox yaxşıdır. Elə gün olur iki məşq edirik, elə gün də olur ki, bir. Ümid edirəm, burada çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik.

 

- Yeni komanda, yeni məşqçi və yeni heyət formalaşır. Anlaşma ptoblemi yaşamırsan ki ?

- Yox, uşaqlar qabağcadan tanıdığım futbolçulardır. Komandaya da öyrəşirəm.

 

- Digər komanda yoldaşların, Yuri Maksimovun fiziki yükləmələrə üstünlük verdiyini deyir. Sən necə fikirləşirsən?

- Deməzdim tam olaraq fiziki yükləmələrə üstünlük verir. Düzdür, Bakıda ağır məşqlərimiz oldu. Bura gəldikdən sonra hər-tərəfli olaraq çalışırıq. Düşünürəm ki, ağır məşqlərin çoxu qaldı Bakıda. Burada da çox çalışırıq. İnşallah da yaxşı olacaq.

 

-“Neftçi”də bir neçə məşqçi ilə işləmisən. Necə düşünürsən, bu məşqçi ilə və bu heyətlə Premyer Liqada uğur qazanmaq olarmı?

- Bunu zaman göstərəcək. Uğur qazanmaq üçün hər kəs yaxşı olmalıdır. Təkcə məşqçidən asılı olab hal deyil bu. Biz də əlimizdən gələni edəcəyik.

 

- Səncə, mövsümün sonunda, hazırkı “Keşlə” ilə hansı yerə ümid etmək olar?

- Demirəm ilk üçlükdə, ancaq çalışacağıq ki, ən azı "5-lik"də olaq. Bizim üçün ən əsas kubok oyunudur. Çünki Avropa Liqasına vəsiqəni əldə etmək istəyirik. Ən əsas məqsədimiz budur.

 

- İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq ki?

- Kubok oyunu iki oyundan ibarətdir. Elə də çox deyil, lakin çempionat oyunları çox olur. Ümumilikdə isə, hər ikisində çalışacağıq ki, yaxşı oyun sərgiləyək.

 

- Deyirsən, kubok oyunu bizə vacibdir. Səncə, “Qarabağ” daha təhlükəli rəqib idi, yoxsa “Sumqayıt”? Bir tərəfdə titullara doymuş , güclü bir komanda, digər tərəfdə isə, gənc və perspektivli klub.

- “Qarabağ” güclü klubdur. Düzdür “Sumqayıt”a uduzdular, lakin deməzdim zəifdirlər. Ümumilikdə isə bizim üçün heç bir fərqi yoxdur. Kim olsa, var gücümüzlə oynayacağıq.

 

- Yaxın zamanlarda milli komandanın heyəti açıqlandı. Kamran Ağayevi çıxmaq şərtiylə, klubdan heç kəs yığmaya dəvət olunmadı. Necə düşünürsən, bunun komandaya hər hansı bir təsiri oldumu? Buna reaksiya necədir klubda?

- Düzdür, Kamran Ağayev milliyə dəvət olunub. Lakin digər oyunçular dəvət olunmaması özümüzdən asılıdır. Nə qədər yaxşı oynasaq, şanslarımız da bir o qədər artacaq.

Xəbər xətti