"Yuventus"un futbolçusu əməliyyat olundu: 1 ay oynamayacaq

15:35 - 30 Yanvar 2018

"Yuventus"un heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin kolumbiyalı futbolçusu Xuan Kuadrado əməliyyat olunub. Qasıq nahiyəsindən əməliyyat olunan 29 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Kuadrado bu mövsüm "Yuventus"un heyətində İtaliya A Seriyasında meydana çıxdığı 14 qarşılaşmada meydana çıxıb və 3 qol vurmağı bacarıb.

Xəbər xətti