"Binə" "Səbail"ə qalib gəldi

17:54 - 30 Yanvar 2018

Birinci Divizion təmsilçisi “Binə” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi "Səbail"in əvəzedici heyəti ilə qarşılaşıb.

 

"Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən oyunda "Binə" rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları Emin Cəfəquliyev və Ture Morifere vurub.

Xəbər xətti