Millimiz "Antalyaspor"la bacarmadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız “Antalyaspor” klubunun U-19 komandası ilə qarşılaşıb. Matç millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Kosovoya 0:1 hesabı ilə uduzub.

 

30 yanvar

Yoxlama oyunu

16:00. Azərbaycan U-19 - "Antalayaspor" U-19 - 0:1

Tarix: 30 Yanvar [18:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio