Makedoniya klubu "Neftçi"ni darmadağın etdi VİDEO

01:31 - 31 Yanvar 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” ötən gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
 

Qeyd edək ki, bakılılar Antalyada daha öncə keçirdiyi oyunların hamısından məğlub ayrılıb: “SKA-Xabarovsk” (Rusiya, 1:8), “Konkordiya” (Rumıniya, 0:1), “Slaviya” (Bolqarıstan, 0:1), “Krılya Sovetov” (Rusiya, 0:2).

 

Yoxlama oyunu
30 yanvar

 

“Neftçi” – “Sileks” - 0:3

 

Xəbər xətti