"Səbail"in futbolçusu: "Futbol ciddi oyundu və zəif xarakteri olanları sevmir" MÜSAHİBƏ

15:43 - 31 Yanvar 2018

"Səbail"in yarımmüdafiəçisi Murtuz Abakarov klubun "facebook" səhifəsindəki "ON SUAL" rubrikasının qonağı olub.

 

Sportal.az xəbər verir ki, futbolçu müsahibə zamanı futbola gəlişindən, hobbilərindən danışıb:

 

- Futbola gəlişiniz necə oldu?
- Uşaqlıqda məşğul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.

 

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?
- Yaddaqalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.

 

- Futbolda kumiriniz?
- Raul Qonzales uşaqlıqdan indiyədək kumirimdi.

 

- Hobbi və maraqlarınız?
- Dostlarımla müxtəlif kompüter və "Playstation" oyunları oynamaq.

 

- Ən sevdiyiniz film, musiqi, kitab?
- Sevdiyim filmlər çoxdu, ancaq “Law Abiding Citizen” ən sevdiyim filmdi.

 

- Həyatınızın əsas qaydası.
- Həyatda hər bir vəziyyətdə insanlığı itirməmək.

 

- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?
- Öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm

 

- Karyeranızda əsas məqsədiniz?
- Mümkün qədər çox zirvələrə çatmaq.

 

- Gənc futbolçulara məsləhətiniz?
- Öncə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olmur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundu və zəif xarakteri olanları sevmir. 

 

- Azarkeşlərinizə müraciətiniz?
- Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.

Xəbər xətti