Poqba millimizin üzvü ilə eyni komandada

17:07 - 31 Yanvar 2018

Türkiyənin "Gənclərbirliyi" klubu müdafiə xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Sent Etyen"dən Florentin Poqbanı rənglərinə bağlayıb. Qvineya millisinin üzvüylə 1,5 illik sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Florentin "Mançester Yunayted"də çıxış edən Pol Poqbanın qardaşıdır.

 

Əlavə edək ki, "Gənclərbirliyi" qış transfer dönəmində "Bursaspor"dan ayrılan millimizin üzvü Dəniz Yılmazı da heyətinə qatmışdı.

Xəbər xətti