"Mançester Siti" 3 xalı 3 qolla qazandı VİDEO

02:05 - 1 Fevral 2018

İngiltərə Premyer Liqasında 25-ci tur başa çatıb.

 

Sportal.az saytı xəbər verir ki, lider "Mançester Siti" doğma meydanında autsayder "Vest Bromviç"i 3:0 hesabıyla məğlub edib.

 

Premyer Liqada turnir cədvəlinə 68 xalla "Mançester Siti" başçılıq edir. 2-ci pillədəki "Mançester Yunayted"in 53 xalı var. "Liverpul" və "Çelsi" 50 xalla 3-4-cü yerləri bölüşürlər. "Tottenhem" 48 xalla 5-ci, "Arsenal" 42 xalla 6-cı pillədə qərar tutub. "Vest Bromviç" isə 20 xalla 20-cidir.

 

“Mançester Siti” – “Vest Bromviç” - 3:0

Qollar: Fernandinyo, 19, De Brüyne, 68, Aquero, 89

 

 

Xəbər xətti