"Qəbələ"nin məğlubiyyəti VİDEO

14:12 - 1 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” ötən gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası Çexiyanın yüksək liqasında çıxış edən "Bohemians” klubu ilə qarşılıb. “Gloria Sports Arena”da keçirilən matçda "Qəbələ" 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

 

"Qəbələ" - "Bohemians" - 1:3 

Qollar: Hacıağa Hacılı, 49 - Luts Siim, 31, Yakup Neças, 69,  Heşak, 71

 

Xəbər xətti