"Keşlə" "Yenisey"lə sülh bağladı

19:13 - 1 Fevral 2018

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün sonuncu  yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Rusiyanın birinci divizion təmsilçisi "Yenisey"lə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama görüşlərində Ukrayna "Karpati"sinə 1:2 hesabı ilə uduzub, Makedoniyanın "Rabotniçki" klubuna 1:0 hesabı ilə qalib gəlib.


1 fevral

Yoxlama oyunu

17:00."Keşlə" - "Yenisey" (Rusiya) - 1:1
QOL:
Slavik Alxasov, 35

Xəbər xətti