I Divizion klubları yoxlama oyunu keçirəcək

00:15 - 2 Fevral 2018

Birinci Divizion təmsilçiləri “Binə” və “Qaradağ Lökbatan” yoxlama oyunu keçirməklə bağlı razılığa gəliblər.

 

Sportal.az xəbər verir ki, sözügedən komandalar qış hazırlıq mərhələsi çərçivəsində fevralın 3-də üz-üzə gələcəklər. Qarşılaşma Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq və saat 11:30-da start götürəcək.

Xəbər xətti