"Xəzər" Vyana "Qarabağ"ına qarşı

12:16 - 2 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan I Divizion təmsilçisi "Xəzər" bu gün son yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Bakı klubu Avstriyanın III liqasında çıxış edən "Qarabağ"la qarşılaşacaq. Vyanalılala görüş 17:00-da başlayacaq.

 

"Xəzər" bundan əvvəl Bolqarıstanın "Vereya" və Türkiyənin "Kəmərspor"  klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Vakker” klubuna 0:3 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

17:00. "Xəzər" - "Qarabağ" (Vyana)

Xəbər xətti