"Zirə"nin son oyununun vaxtı açıqlandı

13:29 - 2 Fevral 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə”nin son yoxlama görüşünün vaxtı müəyyənləşib.

 

Sportal.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv sabah Macarıstan “Haladaş”ı ilə qarşılaşacaq.

 

Matç Antalyadakı “Arcadia” otelinin meydançasında keçiriləcək və Bakı vaxtı ilə 16:00-da başlayacaq.

 

Qeyd edək ki, bu, “Zirə”nin üçüncü yoxlama görüşü olacaq. Qəsəbə təmsilçisi daha öncə Rumıniyanın “Voluntari” (2:0) və Rusiyanın “Avanqard” (0:3) klubları ilə qarşılaşıb.

Xəbər xətti