“Sumqayıt”ın “Mladost”la oyununun vaxtı açıqlandı

16:57 - 2 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” sabah Serbiya təmsilçisi “Mladost”la qarşılaşacaq. Oyun "Kundu Fanatic" otelinin stadionunda keçiriləcək və yerli vaxtla saat 15:00-da start götürəcək.

 

Nenad Milovanoviçin rəhbərlik etdiyi “Mladost” hazırda yerli çempionatda 9-cu pillədə qərarlaşıb.

 

Bu, “Sumqayıt”ın Antalya toplanışı çərçivəsində 4-cü yoxlama oyunu olacaq. “Kimyaçılar” ilk üç görüşdə “Konkordiya” (Rumıniya - 0:1) və “Anji”yə (Rusiya - 0:1) uduzub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.

Xəbər xətti