"Qəbələ" "Şkendiya"ya qarşı

11:09 - 3 Fevral 2018

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. 

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” qış fasiləsində son sınağında Makedoniyanın yüksək liqasında çıxış edən “Şkendiya” klubu ilə qarşılaşacaq. 

 

Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gələn komanda 6-cı görüşündə qüvvəsini sınayacaq.


3 fevral

Yoxlama oyunu

 

18:00. “Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya)
“Gloria” otelinin meydançaları

Xəbər xətti