"Xəzər" Antalya toplanışını başa vurdu

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Xəzər”in Antalyadakı təlim-məşq toplanışına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, I Divizion təmsilçisinin ötən gün Vyananın “Karabakh” klubu ilə sonuncu yoxlama oyunu Avstriya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatdı. Elşad Əhmədovun çalışdırdığı komanda toplanışa məhz bu oyunla yekun vurub.

 

Qeyd edək ki, “Xəzər” Antalyada bütövlükdə 5 yoxlama görüşü keçirdi. 3 oyunda Bakı klubu qalib gəldiyi halda, 2 oyunda da rəqibləri üstün oldular. Rəqib qapılarından 8 top keçirən “birincilər” eyni sayda da qola üzüldülər.

Tarix: 3 Fevral [11:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2018
21  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio