"Qarabağ" - "Mladost" matçı canlı yayımda

16:20 - 3 Fevral 2018

Antlayada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Monteneqronun yüksək liqasında çıxış edən "Mladost” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və klubun "YouTube" kanalında canlı yayımlanacaq. Məlumatı "Qarabağ"ın "facebook" səhifəsi yayıb.

 

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı zamanıı "Kuban"la 2:2,  "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub. 

 

3 fevral

Yoxlama oyunu

19:30 "Qarabağ" - "Mladost"

Xəbər xətti